"Huawei" şirkətinin maliyyə direktoru Men Vançjou Kanada hökuməti, Sərhəd Xidməti Agentliyi və Kanada Krallıq At Polisini saxlanılan zaman konstitusiya hüquqları pozulduğuna görə məhkəməyə verib.
Teleqraf.com xəbər verir ki, Vançjounu təmsil edən "Gudmundseth Mickelson LLP" hüquq firmasının bəyanatına görə, iddia barədə xəbərdarlıq martın 1-də Britaniya Kolumbiyası Ali Məhkəməsinə göndərilib.