4 Mart 2019 08:43
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 4-ü Vyanada Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ qərargah rəisləri komitəsinin sədri Cozef Danford arasında görüş keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ qərargah rəisləri komitəsinin rəsmi nümayəndəsi polkovnik Patrik Rayder bildirib.

P.Rayder deyib: "Qərargah rəisləri komitəsinin sədri Cozef Danford Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov ilə martın 4-ü Avstriyanın Vyana şəhərində görüşəcək".

Bundan əlavə, C.Danford Vyanada Avstriya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Robert Briger ilə də görüşəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər