1 Sentyabr 2014 11:51
480

Rusiyanın paytaxtı Moskva şəhərində bir qrup rusiyalı Ukraynaya dəstək aksiyası keçirib.

Teleqraf.com-un avropa.info-ya istinadən verdiyi xəbərə görə, ruslar əllərində şüarlar tutaraq Ukraynaya müxtəlif formalarda dəstək bildiriblər.

“Ukrayna ilə müharibə biabırçılıq və cinayətdir”, “Ukraynanın işğalı, Rusiyanın satqınlığıdır”, İnsanlar sizə nə olub? Bu sizin müharibə deyil, amma sizin övladlarınız həlak olur”, “Qardaş Ukrayna ilə müharibəyə yox deyirik” şüarları ilə Moskvanın mərkəzində aksiya keçirən ruslar Ukraynadakı müharibəyə öz etirazlarını bildiriblər.


Müəllif:
Загрузка...