Misirin nüfuzlu din xadimi, Əl-Əzhər məscidinin baş imamı Şeyx Əhməd əl-Tayyubun çıxışı ölkəni qarışdırıb.
Teleqraf.com xəbər verir ki, şeyx dövlət televiziyasında çıxışı zamanı çoxarvadlılığı tənqid edib.
O, çoxarvadlılığa üstünlük verənlərin səhv etdiyini bildirib: “Bir xanımla evlilik şərtdir. Ouranı tam oxuyub anlamayanlar bu şəkildə düşünürlər. Bu isə qadınlara və uşaqlara qarşı haqsızlıqdır. Cəmiyyətin yarısı qadınlardır. Əgər onların problemini həll etməsək, tək ayaqla addımlamalı olarıq”.
Şeyxin bir kişinin 4 qadın almasına qarşı mövqeyi ciddi rezonansa səbəb olub. Qadın təşkilatları şeyxi dəstəklədiyi halda sosial şəbəkələrdə kişilər onu ciddi tənqid edib. Bəyan olunub ki, çoxarvadlılıq qadınlara xoş gəlir və beləcə onların evlənmək problemini aradan qaldırır.
Bu təzyiqlərin qarşısında Şeyx Əhməd el-Tayyib yenidən açıqlama verərək bəyan edib ki, çoxarvadlılığın qadağan edilməsinə çağırış etməyib.