Üzü maskalı bir qrup Türkiyənin Yunanıstanın Saloniki şəhərindəki Baş Konsulluğuna hücum edib.
Teleqraf.com xəbər verir ki, 50 nəfərlik qrup konsulluğu mühafizə edən polislərə “Molotov kokteyli” və daş atıblar.
Maskalı qrup Saloniki Aristotel Universitetindən çıxaraq, türk konsulluğuna doğru hərəkət edib və yunan polisləri hədəfə alıb.
Hadisə yerinə cəlb olunan əlavə polis qüvvələri etirazçılara gözyaşardıcı qaz tətbiq etməli olub.
15 nəfər həbs olunub. Qaçan etirazlçılar Aristotel Universitetinə sığınıb.
Məlumata görə, atılan “Molotov kokteyli” 4 avtomobilin yanmasına səbəb olub.