5 Mart 2019 10:12
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yelizaveta Qalkina həyatda ən əhəmiyyətli şeyin valideynləri olduğunu düşünür.

Teleqraf.com xəbər verir ki, o, bunu evdə atası ilə söhbətində əsnasında deyib.

Məşhur rusiyalı teleaparıcı Maksim Qalkin tez-tez İnstaqramda uşaqları ilə bağlı video-görüntülər paylaşır.

Görüntülərdə Harri və Liza şoumenin izləyicilərinə həyat haqda düşüncələrindən danışırlar.

Qalkin qızından həyatda ən əhəmiyyətli şeyin nə olduğunu soruşur. Beş yaşlı Yelizavta bir saniyə ərzində cavab verir və bildirir ki, ata və anası hər şeydən daha önəmlidir.

Yelizavetanın anası, məşhur müğənni Alla Puqaçova isə hər şeyi kənardan izləyir. Öz qızına sonsuz məhəbbətini ifadə edən Maksim Qalkin bu məhəbbətdən ona da pay ayırır və Alla Puqaçovanı yerə-göyə sığdırmayacaq sözlərlə öyür.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər