1 Sentyabr 2014 12:30
457

Dombasda Luqansk aerodromu uğrunda döyüşlər davam edir.

Teleqraf.com-un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə NATO qərargahının mətbuat xidməti xəbər yayıb.

Məlumatda Rusiyanın güclü tank batalyonu ilə Ukrayna desantçıları arasında qızğın döyüşlərin getdiyi bildirilir. Həmçinin xəbərdə son günlər Rusiyanın Ukraynaya 10-20 min əsgər göndərdiyi deyilir.

Xatırladaq ki, yaraqlılar Luqanskda aerodromu daim atəşə tuturlar.

Samir


Müəllif:
Загрузка...