5 Mart 2019 14:17
1 382
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi qurumun Suriya Prezidenti Bəşər Əsədin Tehrana səfərindən xəbərdar olmadığı açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Bəhram Qasımi istefa verən Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin və bəzi diplomatların bu səfərlə bağlı məlumatının olduğuna işarə edərək qurumun bu səfər barədə heç bir şəkildə xəbərdar olmadığını söyləyib.

“Səfərin son anına qədər nazirliyə məlumat verilmədi”, - deyə sözçü qeyd edib.

Bəhram Qasımi Cavad Zərifin istefasının bu məsələ ilə əlaqədar olmasına dair iddialara da münasibət bildirib: “Zərifin istefasının səbəblərindən biri də Xarici İşlər Nazirliyi ilə bu cür koordinasiya olunmayan məsələlərlə bağlı idi. Lakin daha əvvəl bildirildiyi kimi cənab nazirin istefası şəxsi məsələlərlə əlaqədar deyildi”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər