Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri (AKP MK) Rauf Qurbanov Rusiya Dövlət Dumasının üzvü Jores Alferovun vəfatı ilə bağlı ailəsinə və Rusiya Kommunist Partiyasına başsağlığı verib.
Teleqraf.com-a bu barədə partiya rəhbəri məlumat verib.
Açıqlamada bildirilir:
“Jores İvanoviç Alferovun ölümü ilə əlaqədar kədərli xəbər bütün Azərbaycan kommunistlərini sarsıtdı.
Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi böyük adamı, dünya şöhrətli alimi, “Nobel” mükafatı laureatı, Rusiya Dövlət Dumasının Kommunist Partiyası fraksiyasının üzvü Jores Alferovun ölümünə dərindən üzülür və Rusiya Kommunist Partiyasına dərin hüznlə başsağlığı verir.
Jores İvanoviç bir kommunist kimi dünyaya gəldi, kommunist kimi yaşadı və bu dünyaya bir kommunist kimi baxdı. Kommunist ideologiyasına sadiqliyini nümayiş etdirmiş bu böyük insan həmişə insanların qəlblərində olacaq və əbədi xatırlanacaq”.