2200-ci ildən gəldiyini iddia edən zaman yolçusu gələcəklə bağlı şok informasiyalar səsləndirib.
Teleqraf.com xəbər verir ki, onu izləyənlərə təşəkkür edən və adını açıqlamayan zaman yolçusunun sözlərinə görə, danışdıqları ağlasığmaz olsa da, həqiqətdir.
Zaman elçisi hekayəsinin 2028-ci ildən başladığını iddia edib.
Zaman aparatının kəşfi ilə birlikdə çox gizli bir proqrama qoşulduğunu iddia edən elçi bəzi şəxslərin 2100, bəzilərinin isə 2200-ci ilə səyahət etdiyini bildirib.
O deyib ki, 2200-ci il insan oğlunun ən irəli getdiyi tarixdir. Belə anlaşılır ki, insanlar 2200-ci ilədək mövcud olacaqlar.
Zamanda xaosa səbəb olmamaq üçün 2200-cü illə bağlı detallı informasiya verməyəcəyini bəyan edən elçi gələcəkdə atmosferə yüksək faizlə karbondioksid yığılacağı haqda xəbərdarlıq edib. Atmosfer qatında yüksək faizli karbondioksid isə sərt istilərə səbəb olacaq, bu şərtlər insanlar üçün ciddi risk yaradacaq.
2200-cü ildən 1903-cü ilə qayıtdığını bildirən elçi əlavə edib ki, bununla dünya tarixində ilk təyyarəni görmək imkanı əldə edib.
1903-cü ilə təkbaşına getdiyini söyləyən elçi zaman aparatının düzgün işləməməsi səbəbindən günümüzə gəlib çıxdığını iddia edib.
Onun çıxışını izləyən bəzi şəxslər dediklərinə inanmayıb. Bir qisim izləyici isə zaman yolçusunun adının açıqlamamasından şübhələnib və onun sadəcə oyun oynadığını bəyan edib.