Suriyanın Həma əyalətinin şimal hissəsinin yaraqlılar tərəfindən minaatanlardan atəşə tutulması nəticəsində bir qız uşağı ölüb, daha altı nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, atəş nəticəsində həmçinin yaşayış evlərinə ziyan dəyib.
Hazırda yaralıların səhhəti barədə məlumat yoxdur.
Daha əvvəl koalisiyanın Suriyaya endirdiyi aviazərbələr nəticəsində dinc sakinlər həyatlarını itiriblər.