7 Mart 2019 08:05
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankaranın Rusiyadan S-400 sistemləri alması ilə əlaqədar ABŞ-ın təzyiq dili ilə danışması yolverilməzdir və qanunsuzdur. Üçüncü ölkələrin bu məsələyə qarışması hüquqa ziddir.

Teleqraf.com xəbər verir ki,bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu səsləndirib.

Bir gün öncə ABŞ Dövlət Departamenti bəyan edib ki, Türkiyə Rusiyadan silah alacaqsa, bu ölkəyə qabaqcıl texnologiyalar satılmayacaq və sanksiyalar tətbiq olunacaq.

“Biz öz müttəfiqlərimizə onlardan hava hücumundan müdafiə sistemləri almaq istəyimizi bildirdik. Bu müttəfiqlər hər hansı sadə silah alanda belə bizə maneə törətməklə yanaşı, bizim Rusiyadan S-400 almaq istəyimizdən narahat olublar. Niyə narahatsınız? Biz NATO üzvüyük, əgər gərək görürüksə, siz bunu bizə satmalısınız. Satmırsınızsa, Türkiyə bunu NATO üzvü olmayan ölkələrdən də əldə edə bilər”,- deyə Çavuşoğlu bildirib.

2017-ci ildə Türkiyə və Rusiya arasında S-400 silahlarının alqı-satqısına dair imzalanmış saziş Ankara ilə Vaşinqton arasında gərginliyə səbəb olub.

Martın 2-də Türkiyə nümayəndə heyəti Vaşinqtonda ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemlərinin alınması barədə danışıqlara başlamışdı.

Türkiyə XİN başçısı bildirmişdi ki, əgər, NATO və ABŞ-la razılıq əldə olunmasa, Ankara bu silahların Rusiyadan alınması məsələsini gözdən keçirəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər