7 Mart 2019 11:26
3 896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistanın mərhum dövlət başçısı İslam Kərimovun qızı Gülnarə Kərimovanın ev dustaqlığı şərtlərini pozduğuna görə cəzaçəkmə müəssisəsinə göndərildiyi haqda məlumat yayılıb.

Teleqraf.com xəbər verir ki, onun həbsxanaya aparılmasını əks etdirən fotolar ortaya çıxıb.

Gülnarə Kərimovanın isveçli vəkili Georgia Manget bəyan edib ki, müdafiə etdiyi şəxsi evdən güc hesabına aparılıb.

Fotolarda Kərimovanın mavi donda və cəhrayı rəngdə ayaqqabıda olduğu görünür.


Müəllif: Cavad

Oxşar xəbərlər