7 Mart 2019 13:11
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın Zəncan vilayətində qəsdən adamöldürmədə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib.

Teleqraf.com xəbər verir ki, məhkum barədə çıxarılan hökm 4 gün əvvəl icra edilsə də, bu barədə xəbər yenicə yayılıb. İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, 2015-ci ildə aralarında yaranan maliyyə ixtilafına görə kirayədə qaldığı mənzilin sahibini qətlə yetirən məhkum Nurəddin Səlami martın 3-də sübh saatlarında Zəncanın mərkəzi zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

Qeyd edək ki, İran İslam Respublikası əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.


Müəllif: Səxavət

Oxşar xəbərlər