7 Mart 2019 13:38
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada bir qrup şəxsin bir gənci amansızcasına döydüyünü göstərən video yayılıb.

Teleqraf.com xəbər verir ki, hadisə Rusiyanın Belqorod şəhərində mühafizəçi hazırlayan xüsusi məktəbin qarşısında baş verib.

Məktəb işçiləri hadisəni izləməyə üstünlük veriblər. Kadrların ortaya çıxması isə sosial şəbəkələrdə ciddi etirazlara səbəb olub.

Videodan görünür ki, bir qrup şəxs arxasına düşdüyü gəncə çatır, onu yerə yıxaraq zopalarla döyür. Gənc onlara yalvarsa da, xeyri olmur. Döyülənin bağırtısına məktəbdən eşiyə çıxanlar hadisəyə müdaxilə etmirlər.

Davanın səbəbi bəlli deyil. Döyülən gənc xəstəxanaya yerləşdirilib.

06.03.2019 12:17

Müəllif: Cavad

Oxşar xəbərlər