7 Mart 2019 16:58
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağın danışıqlar prosesinə cəlb edilməsi üçün Azərbaycanla yanaşı, ATƏT-in Minsk qrupu həmsədrlərinin də razılığı olmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Savarş Köçəryan deyib.

Lakin Köçəryan işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin müzakirələrə qatılmasının Azərbaycanın maraqlarını əks etdirmədiyini bildirib:

“Həmsədrlər də yaxşı başa düşürlər ki, bu, tərəflərin razılığı ilə mümkün ola bilər”.

Erməni diplomat qeyd edib ki, Ermənistan hökuməti Qarabağ münaqişəsinin həlli üçün Vyana və Sankt-Peterburqda əldə olunan razılaşmalardan imtina etməyib: “Bu istiqamətdə addımlar atılıb və bu gün sərhəddə əhəmiyyətli bir dəyişiklik var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər