7 Mart 2019 19:15
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp KXDR-lə nüvəsizləşdirmə barədə danışıqları davam etdirməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Fox News telekanalına müsahibəsində bildirib.

“ABŞ prezidenti yenidən cəhd etməyə hazırdır. Biz baxaq görək ki, bunu cədvələ necə daxil edə bilərik və bundan nə çıxa bilər”, - Bolton belə deyib.

Xatırladaq ki, fevralın 27-28-də Vyetnamın Hanoy şəhərində keçirilən ikinci ABŞ-KXDR sammitinin gedişində, həmçinin nüvəsizləşdirmə məsələsi də müzakirə olunub. Ekspertlərin əksəriyyəti Koreya müharibəsinin sona çatması barədə birgə formal bəyanat qəbul ediləcəyini gözləsə də, Donald Tramp və Kim Çen In arasında danışıqlar hər hansı sənəd imzalanmadan sona çatıb. Buna baxmayaraq, ABŞ Prezidenti sammitdə irəliləyişə nail olunduğunu və danışıqların ekspertlər səviyyəsində davam edəcəyini deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər