7 Mart 2019 21:28
986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tacikistanın bir qrup vətəndaşı Ermənistanda Hökumət evinin qarşısında aksiya keçirib.

Teleqraf.com xəbər verir ki, onlar Eçməidzin yaxınlığında pambıq əkinindən sonra 6 aydır əməkhaqqı almadıqlarını deyiblər:

“Araks kəndində əkdiyimiz pambığa görə 6 aydır pulumuzu ala bilmirik. Əmək haqqını iş adamı Qagik Xaçikyan verməlidir. Maydan burdayıq. Hələ heç nə ödəməyiblər. Ermənistanda qanun varsa, zəhmət haqqımızı ödəsinlər. Ailələrimiz Tacikistanda bizi gözləyir”.

Etirazçıların sözlərinə görə, onlar 10 nəfər olublar və işçilərdən 5-i pullarını almadan vətənə qayıdıb. Yerdə qalanların isə Tacikistana qayıtmağa belə pulu yoxdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər