Güney Azərbaycanın Təbriz şəhərində “Səhənd” stadionu qarşısında başlarına Qarabağ ifadəsi yazdığı üçün saxlanılan azərbaycanlı fəallar azadlığa buraxılıb.
Teleqraf.com xəbər verir ki, fəallar martın 1-də Güney Azərbaycanın “Traktor”və İranın “Sepahan” (İsfahan) klubları arasında keçirilən görüş zamanı stadiona daxil olarkən saxlanılmışdılar.
“Traktor”-“Sepahan” görüşündən sonra ermənilərin Tehranda Azərbaycan əleyhinə səsləndirdikləri şüara etiraz etdikləri üçün 29 azərbaycanlı fəal həbs olunmuşdu.
Onlardan bəzilərinin təcridxanada fiziki zorakılığa məruz qaldıqları bildirilir. Saxlanılan fəalların əksəriyyətindən hələlik xəbər yoxdur.
Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan Baş naziri Nikol Paşinyanın Tehranda erməni icması ilə görüşündə “Qarabağ Ermənistabnındır, vəssalam” şüarı səsləndirilmişdi.