8 Mart 2019 18:00
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərzurumda güclü qar və soyuq hava səbəbindən ac qalan canavarlar dağlardan kəndə enib.

Teleqraf.com xəbər verir ki, kənddə 4 qurd vətəndaşlar tərəfindən telefonla görüntülənib.

Gecə saatlarında kəndə daxil olan canavarlar bir müddət gəzdikdən sonra meşəyə qayıdıb.

Qeyd edək ki, Ərzurumda qar və şaxtalı havalar səbəbindən vəhşi heyvanlar yemək tapmaq məqsədilə kəndlərə enirlər.

Yerli əhali bildirir ki, həyətdə saxladıqları itlər zaman-zaman qurdların hücumuna məruz qalır.


Müəllif: Cavad