Rusiya istehsalı olan S-400 tipli zenit-raket komplekslərinin (ZRK) Türkiyə ərazisində yerləşdirilməsinə cari ilin oktyabrında başlanılacaq.
Bu barədə Türkiyənin müdafiə naziri Hülusi Akar bəyan edib.
"Zenit-raket komplekslərinin dislokasiya ərazisinə dair qərar Türkiyə Silahlı Qüvvələri Komansanlığı tərəfindən veriləcək", - deyə H.Akar qeyd edib.
Onun sözlərinə görə, məhz Rusiya istehsalı ZRK əldə etmək qərarı ölkənin təhlükəsizliyinin təmin olunması zərurətindən irəli gəlib.
"Türkiyə 82 milyon vətəndaşının müdafiəsini təmin etməyə borcludur", - deyə nazir qeyd edib.
2017-ci ildə Türkiyə və Rusiya arasında S-400 silahlarının alqı-satqısına dair imzalanmış saziş Ankara ilə Vaşinqton arasında gərginliyə səbəb olub.
Martın 2-də Türkiyə nümayəndə heyəti Vaşinqtonda ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemlərinin alınması barədə danışıqlara başlamışdı.
Türkiyə XİN başçısı bildirmişdi ki, əgər, NATO və ABŞ-la razılıq əldə olunmasa, Ankara bu silahların Rusiyadan alınması məsələsini gözdən keçirəcək.
/Oxu.az/