9 Mart 2019 00:55
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qalmaqallı “Vikiliks” saytının eks-informatoru Çelsi Menninq ABŞ-ın Virciniya ştatında həbs edilib.

Axar.az xəbər verir ki, bu barədə “Foks Nyus” məlumat yayıb.

“Vikilis saytı ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində böyük münsiflər heyətinə ifadə verməkdən imtina etdiyi üçün həbs edilib”, - deyə bildirilib.

Qeyd edək ki, amerikalı hərbçi Çelsi Menninq 2010-ci ildə İraqda həbs edilib.

O, “Vikiliks” saytına məxfi sənədlər verib. O zaman Menninq ABŞ-ın İraqdakı batalyonunda kəşfiyyat məlumatlarının analizi üzrə mütəxəssis kimi fəaliyyət göstərib. Verilən sənədlər arasında Amerika hərbi vertolyotunun İraqdakı dinc sakinləri gülləbaran etməsi videosu da yer almışdı.

Menninq 2013-cü ildə 35 il həbs cəzasına məhkum edilib.

Lakin ABŞ-ın eks-prezidenti Baraka Obamanın sərəncamı ilə o, 2016-cı ildə əfv edilmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər