İranın Hərbi Dəniz Qüvvələri piratların neft tankerinə hücumunun qarşısını alıb.
Teleqraf.com xəbər verir ki, hadisə Babül-Məndəb boğazında baş verib.
Qeyd olunur ki, tankerə 11 pirat qayıq yaxınlaşıb. Lakin Hərbi Dəniz Qüvvələri tərəfindən həmlə dəf edilib.
Tankerin göyərtəsində 150 min ton neft olduğu da bildirilib.