9 Mart 2019 10:24
1 233
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə polisi Diyarbəkirdə kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) mənzil qərargahında əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, partiya qərargahının qapısını qırıb içəri girən polis 7 nəfəri həbs edib.

Qeyd olunur ki, PKK lideri Abdulla Öcəlan üçün aclıq aksiyası keçirən HDP-li deputat Leyla Güvənə dəstək verən 10-dan çox şəxs partiyanın ofisində aksiya keçirirmiş. Aksiyada partiyanın Diyarbəkirdən seçilən deputatlarının hamısı iştirak edirmiş.

Axşam saatlarında qərargaha gələn polisin içəri daxil olmasına deputatlar maneə olub. Polis partiya binasının qapısını qıraraq içəri girməli olub və aclıq aksiyası keçirən 7 nəfəri həbs edib.


Müəllif: Cavad

Oxşar xəbərlər