62 il evli olan cütlüyün boşanmaq üçün məhkəməyə üz tutması ölkənin gündəminə zəlzələ kimi düşüb.
Teleqraf.com xəbər verir ki, bu unikal hadisə ABŞ-da baş verib.
Xanımı ilə daha az ünsiyyət qurmaq istəyən ər illər boyu özünü lal və kar kimi aparıb. Ancaq sonradan xanımı onun sosial şəbəkədəki videosunu gördükdə boşanmaq üçün məhkəməyə üz tutub.
Beləcə 84 yaşlı Dorotni uzun illər xanımı Barri Davson ilə bir kəlmə belə kəsməyib. Xanımı isə ərini anlamaq üçün daktilologiyani (jestlə danışıq) belə öyrənib. Ailənin 6 övladı və 13 nəvəsi var. Qəribədir ki, ailədə heç kəs Dorotni Davsonun bu kələyini anlaya bilməyib. Arvadını illərlə aldadan Dodortninin gecə klubunda çəkdirdiyi videonu Yutuba yüklənməsindən sonra hər şey ortaya çıxıb. Videonu gördükdən sonra həyatının şokunu yaşayan qadın boşanmaq qərarını verib.
Mətbuata açıqlama verən Barri qeyd edib ki, işarələrlə qarşısındakını anlatmağı öyrənmək üçün 2 ilini sərf edib: “Tam bu dili öyrənmişdim ki, gözlərimdə problemlər yaranmağa başladı. Ərim uzun illər kar və lal olması görüntüsünü yaradıb. Bir gün ərimin karoekedə musiqi ifa edən videosunu gördüm və hər şeyi anladım”.
Hazırda məhkəmədə iddia qaldıran xanım zərərçəkmiş kimi tanınmasını, emosional stress və uzun illər aldanmasının qarşılığı olaraq ərinin aktivlərinin yarısını tələb edir.
Dorotninin vəkili isə bəyan edib ki, müdafiə etdiyi şəxs ailə birliyini qorumaq üçün bu addımı atıb: “Müvəkkilim sakit bir insandır, xanımı isə sinir pozğunluğu yaşayır. Əgər özünü kar və lallığa qoymasaydı, bu ailə 60 il əvvəl boşanmalı olardı. Əslində mahiyyətə baxsaq, bunu xanımı və ailəsini qorumaq üçün edib”.