Deputatlar Breksit razılaşmasını rədd edəcəyi halda Avropa Birliyindən (AB) çıxmaya bilərik.
Teleqraf.com xəbər verir ki, bu sözləri Böyük Britaniyanın baş naziri Tereza Mey deyib.
O, deputatlara müraciət edib: “Breksit anlaşmasını dəstəkləyin ki, Avropa Birliyindən çıxaq. Onu rədd etsəniz, gələcəkdə nə baş verəcəyi bilinməz. Anlaşmaya etibar eləmədən əsla qurumdan ayrıla bilmərik”.
Baş nazir Breksit süründürməçiliyin heç kimin marağına uyğun olmadığını bildirib və əlavə edib ki, anlaşmanın martın 29-dan sonraya saxlanılması yeni problemlər yaradacaq.
Qeyd edək ki, İngiltərə parlamenti Breksit razılaşmasını yanvar ayında rədd edib.
Baş nazir isə elan edir ki, razılaşma parlament tərəfindən yenidən rədd edilməsi böhran yarada bilir.