1 Sentyabr 2014 15:40
1 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa polisi İŞİD-ə qoşulmaq üçün Suriyaya gedən 16 yaşlı qızı saxlayıblar.


Bu barədə Fransa Daxili İşlər naziri Bernar Kaznev bildirib.


Hadisə şənbə günü ölkənin cənubunda yerləşən Nitsa şəhərinin aeroportunda baş verib. Azyaşlı qızın ailəsi onun hərəkətindən xəbər tutduqdan dərhal sonra polisə xəbər veriblər. Qız Türkiyə reysi ilə Suriyaya qaçmaq istəyərkən yaxalanıb.


Aparılan araşdırmalardan sonra qızı Suriyaya göndərmək üçün ona bilet alan 22 yaşlı şəxs də həbs olunub.


Fransa hüquq-mühafizə orqanları Suriya və digər qaynar nöqtələrdə 800-dən çox Fransa vətəndaşının islamçıların tərəfində döyüşdüyünü bildirib.

/Axar.az/


Müəllif:

Oxşar xəbərlər