9 Mart 2019 20:29
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın paytaxtı Tehranda küçə və metro qatarlarında 5 qadın baş örtüklərini açaraq, 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə həmcinslərini təbrik ediblər.

Teleqraf.com xəbər verir ki, baş örtüklərini açan etirazçı qadınlar kişilərlə eyni hüquq malik olduğunu bildiriblər.

İran hakimiyyətinin məcburi hicab siyasətinə etiraz edən qadınlar siyasi rəhbərliyi qadın haqlarını pozmamağa çağırıblar:

“Biz qadınlara qarşı ayrı-seçkiliyi rədd edirik. Qadınlara qarşı hörmətsizliyə, zorakılığa son qoyulsun. Çünki qadının azadlığı cəmiyyətin azad olması deməkdir. Biz əşya deyilik, insanıq və həyatımızın hər bir hissəsinə ayrıca qanun yazılmasını istəmirik”.

Hadisənin video-görüntülərini təqdim edirik:


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər