10 Mart 2019 01:00
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının yüksək rəsmilərinin ardınca həmsədrlər də elan etdilər ki, Qarabağ müqayişəsi ilə bağlı danışıqların formatı dəyişdirilə bilməz.

Teleqraf.com xəbər verir ki, bu, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın görüşü ilə bağlı media bəyanatında əks olunub.

Bəyanat Ermənistanın populist siyasətinin uğursuzluğunun növbəti nümunəsidir. Həmsədrlərin açıqlaması göstərir ki, danışıqların əsasını işğal olunmuş ərazilərin azad edilməsi və məcburi köçkünlərin geri qayıtması təşkil edir.

Həmsədrlər danışıqların təməli kimi Helsinki Yekun Aktına istinad edirlər. Helsinki Yekun Aktına görə xalqların öz müqəddəratını təyin etməsi ərazi bütövlüyünə zidd ola bilməz.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər