Əfqanıstanın Loqar, Varda, Hilmend, Uruzqan və Paktika əyalətlərində "Taliban" radikal hərəkatına qarşı əməliyyatlar keçirilib.
Teleqraf.com xəbər verir ki, Hərbi Hava Qüvvələrinin dəstəyi ilə keçirilən əməliyyatlar zamanı 60-dan çox "Taliban" üzvü məhv edilib.
Bundan əlavə, "Taliban"a məxsus radio qülləsi və 2 partlayıcı qurğu məhv edilib. Əməliyyatlar zamanı maqnitli mina və partlayıcı qurğuların hazırlanması üçün materiallar aşkar edilib.