İngiltərənin “Brexit” üzrə məsul katibi Stefan Berkley ikinci referendum keçirilməsini tələb edən deputatlarla görüşüb.
Teleqraf.com xəbər verir ki, Leyboristlər partiyasına mənsub deputatlarla keçirilən görüşün məqsədi növbəti səsvermədə “Brexit” müqaviləsi üçün razılıq əldə etmək olub. Katib Leyboristlər partiyasından olan iki deputatı Brüssel ilə görüşlərə dəvət edib.
Görüşdən sonra deputatlar Berkleyin hökumətin siyasətinə sadiq qaldığını və ikinci referenduma qarşı çıxdığını açıqlayıblar.