Şiddətli döyüşlərdən sonra anti-terror əməliyyatlarında iştirak edən Ukrayna hərbçiləri Luqansk hava limanını tərk etmək məcburiyyətində qalıb.
Teleqraf.com-un axar.az-a istinadən verdiyi xəbərə görə, bu barədə keçirdiyi brifinqdə Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat xidmətinin rəhbəri Andrey Lısenko deyib.
Onun sözlərinə görə, ukraynalı əsgərlər belə qərara qarşı tərəfin dəqiq artilleriya atəşindən sonra gəliblər. Lısenko bildirib ki, bazar günü düşmən tərəfin 7 tankını məhv etmələrinə baxmayaraq, Ukrayna hərbçiləri separatçıların aramsız hücumunun qarşısında tab gətirə bilməyiblər.