İsrail ordusu Qəzza zolağının şimalında HƏMAS üzvlərinin olduğu iddia olunan balıqçı limanını bombalayıb.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə nəticəsində ölən və yaralananlarla bağlı məlumat verilməyib.
İsrail ordusunun verdiyi yazılı açıqlamada həmin bölgədən İsrail tərəfə raket atıldığına görə terrorçulara cavab verildiyi qeyd olunub. İsrail bütün məsuliyyətin HƏMAS-ın üzərinə düşdüyünü bildirib.