10 Mart 2019 21:40
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın Xonsyu adasının şərq sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Təkanlar yerli vaxtla 17.10-da (Bakı vaxtı ilə 21.1) Fukusima prefekturasındakı İvaki şəhərindən 134 km şərqdə qeydə alınıb. Zəlzələnin ocağı yerin 14,7 km dərinliyində yerləşir. Dağıntı və insan təlafatı barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi yoxdur.


Müəllif: Nahid

Oxşar xəbərlər