11 Mart 2019 00:14
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Efiopiya hakimiyyəti "Ethiopian Airlines" aviaşirkətinə məxsus "Boeing 737" tipli sərnişin təyyarəsində çoxsaylı insan tələfatı ilə bağlı martın 11-imatəm günü elan olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin baş naziri Abiya Əhmədin ofisi bildirib.

"Twitter"də yayılmış xəbərdə qeyd edilir ki, təyyarədə ayrı-ayrı ölkələrin vətəndaşlarının həlak olması ilə bağlı sabah milli matəm günüdür.

Qeyd edək ki, "Ethiopian Airlines" aviaşirkətinə məxsus "Boeing 737" sərnşin təyyarəsinin qəzaya uğraması nəticəsində 157 nəfər həlak olub. Onlar 35 ölkənin vətəndaşlarıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər