11 Mart 2019 00:58
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 10-da “Efiopiya hava yolları"na məxsus “Boeing 737” təyyarəsinin qəzaya uğraması nəticəsində ölən sərnişinlər arasında üç Avstriya vətəndaşı da var.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Avstriya Mətbuat Agentliyi (APA) yayıb. Avstriya Xarici İşlər Nazirliyindən bildirilib ki, hər üçü həkim olan avstriyalılar peşə fəaliyyətləri ilə əlaqədar Afrikaya səfər ediblər.

Nayrobidən sonra həkimlər Tanzaniyaya yola düşməli idilər.

Qeyd edək ki, “Efiopiya hava yolları” şirkətinin təyyarəsi yerli vaxtla 8:38-də paytaxt Əddis Əbəbə hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra idarəetməni itirərək yerə çırpılıb. Nəticədə təyyarədəki 149 sərnişinin və səkkiz ekipaj üzvünün hamısı həlak olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər