11 Mart 2019 01:16
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

May ayında Avropa Parlamentinə keçiriləcək seçkilər öncəsi sağçı partiyalar tərəfindən təşkil olunmuş Avropa Millətlər və Azadlıq Fraksiyası (ENF) mandatlarının sayını iki dəfə artıra bilər.

Teleqraf.com xəbər verir ki, Yeni sosial cavablar üzrə İnstitut (İNSA) apardığı sorğu nəticəsində 23-26 mayda keçirilən seçkilərdən sonra Avropa Parlamentində ciddi siyasi qüvvə dəyişikliyi proqnozunu verib. Sorğuya görə, sağçılarla yanaşı, liberal siyasətçilərin təmsil olunduğu ALDE fraksiyası da qazananlar arasında ola bilər və mandat sayını hazırkı 68 yerdən 101-ə qaldıra bilər. Sağçıların isə mandatlarını 37-dən 67-yə çatdıracaqları ehtimal olunur.
Avropanın altı ölkəsində aparılmış sorğuda mühafizəkarlar və sosial-demokratların ciddi itkilərə məruz qalacağı əksini tapıb.

Mühafizəkarları öz sıralarında birləşdirən Avropa Xalq Partiyası hazırkı proqnoza görə 43 mandat itirərək 174 yerlə kifayətlənə və bununla da Avropa Parlamentində mütləq səs çoxluğu ilə vidalaşmağa məcbur ola bilər. Sosial-demokratlar ın isə 45 yer itirərək, Avropanın ali qanunverici orqanında 141 deputatla təmsil olunacağı bildirilir.
/Azərtac/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər