11 Mart 2019 10:57
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Efiopiyada baş vermiş qəzadan sonra “Boeing” təyyarəsindən istifadə edən yerli şirkətlərinə uçuşları müvəqqəti olaraq dayandırmaq təlimatı verib.

Teleqraf.com xəbər verir ki, Çinin mülki aviasiya şirkəti bəyan edib ki, “Boeing-737-8” model ötən il İndoneziya qəzasından sonra iki dəfə Efiopiyada qəzaya uğrayıb. Bu qəzalar demək olar ki, bənzərdir.

Çin aviasiya şirkəti bütün yerli şirkətlərə hava uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə “Boeing-837-8” model təyyarələrin uçuşlarını dayandırmaq təlimatını verib.

ABŞ Federal aviasiya şirkəti isə qeyd edib ki, “Boeing” firması ilə əlaqə qurulacaq, uçuş təhlükəsizliyi ilə bağlı tədbirlərin təmin olunmasından sonra təkrar uçuşların başlanacaq.

Hazırda yerli Çin şirkətlərinin ixtiyarında 96 ədəd “Boeing-837-8” model təyyarə var.

Xatırladaq ki, Efiopiya Hava Yollarına məxsus “Boeing-837-8 MAX” model təyyarə Keniyanın paytaxtına eniş edərkən qəzaya uğrayıb və 157 nəfər həyatını itirib.


Müəllif: Cavad

Oxşar xəbərlər