11 Mart 2019 12:43
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Banə şəhərində kustar üsulla hazırlanmış alkoqollu içkilərdən 23 nəfər zəhərlənib, 1 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, hadisə baş verdikdən sonra polis saxta alkoqullu içkiləri əhaliyə satan şəxslərin axtarışına başlayıb.

Məlumata görə, zəhərlənənlər artıq xəstəxanalara yerləşdirilib. Onlardan bəzilərinin səhhəti ağırdır.

Son günlər ölkənin bir neçə digər şəhərində də oxşar hadisələr baş verib.

Xatırladaq ki, son həftələrdə İranın Meşkinşəhr, Əhər və Bukan şəhərlərində yüzlərlə insan saxta alkoqullu içkilərdən zəhərlənərək həyatını itirib.

Qeyd edək ki, 2018-ci ilin oktyabr ayında İranın 8 əyalətində saxta alkoqollu içikilərdən 1000-dən çox insanın zəhərlənməsi barədə məlumat yayılmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər