11 Mart 2019 14:09
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətər hakimiyyətinin FİFA ilə imzaladığı ümumi məbləği 880 milyon dollar olan müqavilə 2022-ci ildə bu ölkədə keçiriləcək futbol üzrə Dünya Çempionatı hüququnun alınması üçün rüşvət sayıla bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Times” qəzeti redaksiyaya daxil olmuş sənədlər əsasında məlumat yayıb.

Nəşrin məlumatına görə, “Əl-Cəzirə” telekompaniyası 2022-ci ildə futbol üzrə Dünya Çempionatının hansı ölkədə keçirilməsi ilə bağlı səsverməyə cəmi 3 həftə qalmış FİFA ilə 400 milyon dollar məbləğində müqavilə imzalayıb. Bura 2015-ci ildən etibarən 8 il ərzində futbol matçının Yaxın Şərq və Şimali Afrikada yayımlanması hüququnu əldə etmək daxil idi.

Həmçinin futbol təşkilatına Qətərin qalib gələcəyi təqdirdə 100 milyon dollar məbləğində bonus verilməsi da nəzərdə tutulur.

FİFA ilə 480 milyon dollarlıq ikinci müqavilə 3 il sonra “Əl-Cəzirə”nin törəmə müəssisəsi olan “beIN” arasında imzalanıb. Həmin vaxtdan etibarən Maykl Qarsianın başçılığı ilə komissiya təşkilatda korrupsiya ilə bağlı araşdırmalara başlayıb.

Qarsia razılaşmanın tam versiyasını dərc etməyi tələb edib, lakin FİFA bundan imtina edib. Futbol təşkilatı hal-hazıradək situasiyanı şərh etməyib.

“Əl-Cəzirə” telekompaniyası Qətər şeyxi Həməd bir Xəlifə Əl-Taniyə məxsusdur.

Turnirin Qətərdə keçirilməsi bundan öncə də korrupsiya ittihamına tuş gəlib. FİFA bununla bağlı iki il ərzində araşdırma aparsa da, sonda ittihamlar götürülüb.


Müəllif: Səxavət

Oxşar xəbərlər