Əlcəzairdə növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə qərar qəbul olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Əlcəzair Prezidenti Əbdüləziz Buteflika açıqlama verib.
Prezident bildirib ki, bu seçkidə namizədliyini irəli sürməyəcək.
Qeyd edək ki, bir müddət öncə 5-ci müddətə prezidentlik iddiasını irəli sürən Əbdüləziz Buteflikaya qarşı ölkə boyu etirazlar başlayıb.