Böyük Britaniya bankları 800 milyard sterlinq civarında maliyyə və aktivləri Avropa Birliyi (AB) ölkələrinə daşıyıb.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumat ingilis mediasında “New Financial”ın hesabatında qeyd olunub.
Bildirilir ki, bu böyüklükdə maliyyə axını İngiltərənin Avropa Birliyindən çıxmaq məqsədilə keçirdiyi referendumdan sonra başlanıb.
Əmlak şirkətləri bu müddətdə ölkədən 65 milyard sterlinq, sığorta şirkətləri isə 35 milyard dəyərindəki aktivlərini Avropa Birliyi ölkələrinə köçürüb.
Breksit məsələsindən bu yana İngiltərədəki 275 şirkət əməliyyatların bir qismini İngiltərədən kənarda həyata keçirib.
Maraqlıdır ki, İngiltərədəki əməliyyatlarını AB-nin alternativ şəhərlərinə daşıyan şirkətlər daha çox İrlandiyanın paytaxtı Dublini seçirlər.
Bu günə qədər İngiltərədən 100 şirkətin əməliyyatları Dublində, 60 şirkət Lüksenburqa, 41 şirkət Parisə, 40 şirkət Frankfurta, 32 şirkət isə Amsterdama üstünlük verib.
İngiltərədəki şirkətlər gələcəkdə azı 5 min işçisini AB-nin digər ölkələrinə aparacağı ehtimal olunur.