Milli gəlirlərin paylaşdırılmasında ərəb dövlətləri ən pis həddədir.
Teleqraf.com xəbər verir ki, bu barədə Dünya Bankı sədrinin birinci müavini Mahmud Muhyiddin bildirib.
Maliyyə mütəxəssisi Küveytə səfəri zamanı deyib ki, ərəb ölkələrində 2010-1018-ci illərdə baş verən müharibə nəticəsində dağıntı və qaçırılan inkişaf fürsətləri 900 milyard dollar civarında qiymətləndirilir.
“Ərəb baharı” kimi təqdim edilən mərhələdə - 2011-ci ildə Suriya, Liviya və Yəməndə baş verən vətəndaş müharibəsinin bu ölkələrdə iqtisadiyyatı məhv etdiyini bildirən Mahmud Muhyiddin əlavə edib ki, dünyada ən pis gəlir bölüşdürülməsi ərəb ölkələrində müşahidə olunur: “Bu ölkələrdəki 10 faizin əlində milli gəlirin 60 faizi cəmləşir. Bu rəqəm Avropa ölkələrində 45 faiz həddindədir”.