12 Mart 2019 11:03
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Baş naziri Binyamin Netanyahu ilə ölkənin məşhur modeli və aktrisası Roten Sela arasında ciddi qarşıdurma yaranıb.

Teleqraf.com xəbər verir ki, qarşıdan gələn parlament seçkiləri ərəfəsində İsraildə yaşayan ərəb vətəndaşların haqlarının pozulduğunu və dövlətin sadəcə yəhudilərə aid bir sistem qurduğunu söyləyən gənc model Sela Baş nazirə od püskürüb.

Sosial şəbəkə vasitəsi ilə çıxış edən model bəyan edib ki, ərəblər də insandır.

“İsrail bütün vətəndaşların ölkəsidir” deyən modelin etirazları ölkə qəzetlərinin baş yazısı olub.

Modelin açıqlamalarına Netanyahunun sərt reaksiyası isə “Netanyahu səs itirməkdən qorxur” şəklində yozulub.

“İsrail bütün vətəndaşlarının deyil, ancaq yəhudilərin milli dövlətidir. Sevgili Rotemə izah edirəm ki, İsrail bütün vətəndaşlarının dövləti deyil. Parlamentdən keçirdiyimiz milli dövlət qanununa görə, sadəcə və sadəcə yəhudi xalqının milli dövlətidir”, - Netanyahu modelə cavabında bildirib.

Modelin son açıqlamalarına Hollivud ulduzu, israilli aktrisa Qal Qadotda dəstək verib:

“Bu, sağ-sol, yəhudi-ərəb, sekulyar-din məsələsi deyil. Dialoq, barış və bərabər danışmağımız, bir-birimizi sevmək məsələsidir. Övladlarımız üçün daha gözəl bir gələcək qurmaq məqsədilə ümid və işıq toxumlarını cücərtmək bizim məsuliyyətimizdir. Rotem Selan, sən hər birimiz üçün sevimlisən”.


Müəllif: Cavad

Oxşar xəbərlər