Sloveniyada ölkə vətəndaşı olan bir xanım sığorta xidmətindən pul almaq məqsədilə biləyini qəsdən kəsməkdə ittiham edilir.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu qorxulu hadisə paytaxt Mariborda yaşanıb.
21 yaşlı qız sığortadan pul almaq məqsədilə ailəsinin köməyi ilə əlini biləkdən kəsib.
Adı açıqlanmayan qadın və qohumları polis tərəfindən saxlanılıb. Onun hadisədən əvvəl qəza sığortası etdiyi müəyyən edilib.
Əgər xanımın planı baş tutsaymış 400 min avro civarında pulu hər ay hissə-hissə alacaqmış.