İranda qəsdən adam öldürmədə ittiham olunan daha 3 nəfər edam edilib.
Teleqraf.com xəbər verir ki, məhkumlar Güney Azərbaycanın Urmiya şəhərindəki həbsxanalardan birində dara çəkiliblər.
Məlumata görə, barələrində çıxarılmış ölüm hökmünün icrasına hazırlıq məqsədilə iki gün əvvəl təkadamlıq kameralara köçürülən məhkumların (Xəlil Salehi, Naci Ömərzadə və Hüseyn İbrahimi) məhkəmə prosesi barədə məlumat verilməyib.