12 Mart 2019 15:13
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosi Prezident Donald Trampın vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdırılması (impiçment) müzakirələrinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, palata rəhbəri impiçmentə qarşı olduğunu deyib.

Nensi Pelosinin öz fikrinə verdiyi izah isə fərqli olub: “Məsələnin üzərinə belə getməyimizin əleyhinəyəm. Çünki belə bir qərar ölkəni böləcək. Tramp isə buna dəyməz”.

Qeyd edək ki, Donald Trampın 2016-cı ildə ABŞ-da keçirilmiş prezident seçkilərində Rusiyanın müdaxilə isə qələbə qazanması ittihamı irəli sürüldükdən sonra onun impiçment edilməsi ilə əlaqədar rəsmi və qeyri-rəsmi səviyyələrdə müzakirələr başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər