12 Mart 2019 17:00
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin üzvləri Adam Şiff və Qus Bilirakis Nümayəndələr Palatasındakı həmkarlarını qondarma erməni soyqırımını tanıyan qətnaməni dəstəkləməyə çağırıblar.

Teleqraf.com xəbər verir ki, ABŞ-dakı erməni diaspor təşkilatı Amerika Erməniləri Milli Assambleyasına (ANCA) yaxınlığı ilə tanınan konqresmenlər “soyqırımla” bağlı yeni layihəni təqdim ediblər.

Şiff və Bilirakis bununla bağlı ABŞ hökumətinə də rəsmi müraciət edəcəklərini bildiriblər.

Qanun layihəsinin müəllifləri sənəd çərçivəsində imza toplayır və tezliklə Konqresə təqdim etməyi planlaşdırırlar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər