12 Mart 2019 19:40
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində yaxın gələcəkdə zəvvarlara elektron vizalar verməyə başlayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə MBC kanalına layihənin əlaqələndiricisi Əbdül Rəhman Şəms məlumat verib. Onun sözlərinə görə, viza üçün ərizə elektron qaydada veriləcək və məsələnin həlli cəmi bir neçə dəqiqə vaxt aparacaq.

O bildirib ki, hazırda Həcc və ya Ümrə ziyarətinə gələn zəvvarlar vətənlərindəki vasitəçi şirkətlərə üz tutmağa məcburdurlar. Lakin bundan sonra kvota çərçivəsində elektron viza almaq imkanı olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər