13 Mart 2019 01:15
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın İcmalar palatası baş nazir Tereza Meyin Brüssellə bağladığı "Brexit" üzrə razılaşmaya qarşı səs verib.

Teleqraf.com-un məlumatına görə, səsvermə krallığın telekanalları vasitəsi ilə canlı yayımlanırdı. Razılaşmaya qarşı 391 parlament üzvü, onun leyhinə isə 242 deputat səs verib.

Qeyd edək ki, razılaşmaya dair səsvermə artıq ikinci dəfə keçirilir. Keçən dəfə səsvermə 230 səs fərqi ilə iflasa uğradı.

Qeyd edək ki, Birləşmiş Krallığın Avropa İttifaqında gələcək üzvlük məsələsinə dair referendum 2016-cı ilin 23 iyulunda keçirilib. Referendumda "Brexit" tərəfdaşları 51,9 faiz nəticə ilə qalib gəliblər. Referendumun nəticəsinə görə Böyük Britaniya martın 29-u Avropa İttifaqından rəsmi olaraq çıxmalıdır.


Müəllif: Teleqraf.com